"Zirə"nin sabiq futbolçusu: "Azərbaycanda xarüqələr yaratmışam"

11:11 - 23 Avqust 2016

"Zirə"nin sabiq hücumçusu Nelson Bonilla yeni komandası "Naional"ın heyətində ilk rısmi matçını keçirib.

 

Sportal.az xəbər verir ki, 31-ci dəqiqədə meydana daxil olan futbolçu fərqlənə bilməyib və komandası "Arouka"ya 0:2 hesabı ilə məğlub olub.

 

Bonilla debüt matçından belə bəhs edib:

 

"Məndən hamı yalnız və yalnız qol tələb edir. Amma Portuqaliya çempionatı dünyanın ən güclü liqalarından biridir. Düzdür, Azərbaycanda xarüqələr yaratmışam. Amma Portuqaliya və Azərbaycan çempionatları tamamilə fərqlidir. "Zirə"də qış fasiləsindən sonra daha yaxşı formada idim. Ümid edirəm ki, burada növbəti turlarda öz sözünü deyəcəm".

 

Qeyd edək ki, Bonilla ötən mövsüm "Zirə"nin heyətində Premyer Liqada 14 qol vurmuşdu.

Xəbər xətti