"Mançester Yunayted" Şvanştaygerdən qurtulmaq istəyir

18:59 - 23 Avqust 2016

"Mançester Yunayted" Bastian Şvanştaygeri satmaq istəyir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Joze Mourinyonun heyətdə düşünmədiyi alman futbolçunu 2,5 milyon avroya satmağa hazırdı. Buna səbəb 32 yaşlı yarımmüdafiəçinin illik məvacibinin yüksək olmasıdır. Belə ki, Şvanştayger "Mançester Yunayted"də ilinə 11 milyon avro qazanır. Buna görə də ingilislər transfer pəncərəsi bağlananadək təcrübəli funbolçunu göndərmək arzusundadı.

 

Qeyd edək ki, 2015-ci ildə 9 milyon avro qarşılığında "Bavariya"dan transfer olunan futbolçu "qırmızı şeydanlar"ın heyətində meydana çıxdığı 31 matçda 1 dəfə fərqlənib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2018-ci ilin yayında başa çatır.

Xəbər xətti