"Şadam ki, Azərbaycan və Qazaxıstana gedəsi olmayacağıq"
Sportal.az xəbər verir ki, bunu Hollandiyanın "Ayaks" klubunun kapitanı Devi Klassen klubun saytına açıqlamasında Avropa Liqasının püşkünü dəyərləndirərkən deyib.
Kapitan məsafə baxımından ölkəsində uzaq olan Azərbaycan və Qazaxıstana yollanmağın həm komanda, həm də azarkeşlər üçün çətin ola biləcəyini deyib. O, yer aldıqları G qrupunu belə dəyərləndirib:
"Ayaks"ın I səbətdə yerləşməsinə baxmayaraq, favorit olduğumuzu demək olmaz. Ötən il də bizi favorit adlandırırdılar, ancaq vaxtından əvvəl turnirlə vidalaşmalı olduq. Bütün komandalar güclüdür. Hər hansı nəticə haqda danışmaq çox tezdir".