"Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Sent-Etyen” (Fransa) iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportal.az xəbər verir ki, Fransa klubunun təqdim etdiyi siyahıda 25 futbolçunun adı qeyd olunub:
Qapıçılar: 16. Stefan Ruffye, 30. Jessi Mulin;
Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 3. Pyerr-Yves Polomat, 4. Leo Lakro, 12. Çeik Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malkuit;
Yarımmüdafiəçilər: 5. Vinsen Payo, 6. Ceremi Klemen, 7. Brayan Dabo, 8. Benjamin Kornye, 11. Henri Sayve, 14. Cordan Veretut, 17. Ole Selnaes, 18. Fabyen Lemoin, 33. Habib Mayqa, 57. Florian Milla;
Hücumçular: 9. Nolan Rou, 10. Ossama Tannane, 21. Romain Hamuma, 22. Kevin Monne-Pake, 23. Aleksander Soderlund, 27. Robert Beriç.
“Qəbələ” “Sent-Etyen”lə ilk matçını oktyabrın 20-də səfərdə keçirəcək. Növbəti oyun isə noyabrın 3-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi