"Slovan" Bakıya ciddi itki ilə gəlir

15:38 - 13 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubu kapitanının xidmətindən məhrum olub.

 

Sportal.az xəbər verir ki, "Viktoriya" ilə çempionat oyununda (1:2) komandanın müdafiəçisi Lukaş Pokorni sıradan çıxıb. O, zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də, saat 19:00-da "Dalğa Arena"da keçiriləcək.

Xəbər xətti