"Slovan"ın baş məşqçisi: "Qarabağ"la rəqib olmaq sevindirici hal deyil" MÜSAHİBƏ

19:08 - 14 Sentyabr 2016

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Çexiyanın “Slovan” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, oyundan öncə “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

Oyuna çox ciddi hazırlaşmışıq. Bakı çox gözəl şəhərdir. İlk təəssüratlarım budur. 

 

- Lukaş Pakorninin yoxluğunu hiss edəcəksiz?
- Əlbəttə hiss ediləcək, ancaq bu, olan şeydir. Onun boşluğunu doldurmağa çalışacağıq.

 

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Milan Baroşa xüsusi diqqət ayrılacağını bildirdi. Bəs, siz “Qarabağ”dan kimə xüsusi diqqət ayıracaqsız?
- “Qarabağ”ın oyunlarına çox baxmışıq. Son illərdə qat-qat gücləniblər. Çalışacağıq ki, topu özümüzdə çox saxlayaq. “Qarabağ”a irəlidə oynamağa çox imkan verməməliyik.

 

- Cəza müddətiniz bitdi. Oyunu tribunada deyil, meydanda izləyəcksiz. Özünüzü necə hiss edirsiz?
- Bu mənim üçün xoşagəlməz hal idi. Sevindiricidir ki, oyunun içində olacam. Komandama daha yaxın olacam.

 

- “Qarabağ”la rəqib olduğunuz üçün sevinirsiz yoxsa əksinə?
- Güclü rəqibdirlər. “Qarabağ”la rəqib olmaq sevindirici hal deyil. Çalışacağıq ki, qələbə qazanaq.

Xəbər xətti