Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün “Qəbələ” ilə qarşılaşacaq Belçikanın “Anderlext” klubunun qolkiperi Devi Ruf oyundan öncə jurnalistlər qarşısında çıxış edib.
Sportal.az xəbər verir ki, o, qələbə haqda düşündüklərini bildirib:
“Bizi çətin oyun gözləyir. Amma biz yalnız qələbə haqda düşünürük. Rəqibimizi yaxşı analiz etmişik. “Qəbələ”yə yuxarıdan aşağı baxmaq olmaz. Onlar son oyunda 8:0 hesablı qələbə qazanblar. Düzdür, bu hesab bizi rəqibdən çəkindirmir, amma ehtiyatlı olmaq lazımdır. Meydana qələbə qazanmaq üçün çıxacağıq”
Silvio Protonun ayrılığından sonra əsas qapıçıya çevirilən gənc qolkiper düzgün yolda olduğunu vurğulayıb:
“Gənc qapıçı kimi deyərdim ki, düzgün yoldayam. Üzərimdə çox işləyirəm və özümü yaxşı tərəfdən göstərmək üçün hər zaman çalışıram. 1 nömrə adını asanlıqla almamışam. Bu mövsüm zəif oyunlar da keçirmişəm, pis qarşılaşmalar da. 22 yaşlı qapıçı üçün normaldır. Mən daha yaxşısını edə bilərəm”.
saytlarin hazirlanmasi