Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün “Qəbələ” ilə qarşılaşacaq Belçikanın “Anderlext” klubunun baş məşqçisi Rene Veyler oyundan öncə jurnalistlər qarşısında çıxış edib.
Sportal.az xəbər verir ki, o, “Qəbələ”ni güclü rəqib adlandırıb:
“Rəqibimiz çox güclüdür. Onlar bura qədər 4 mərhələ keçiblər. “Qəbələ” III təsnifat mərhələsində “Lill” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıb. Bu, onların gücündən xəbər verir. Müdafiədə diqqətli oynayan klubdur. Çətin olacaq, amma meydana qələbə üçün çıxırıq. İlk oyunda qələbə qazanmaq vacibdir”.
saytlarin hazirlanmasi