"Slovan"ın futbolçusu: "O, mənə "Qarabağ" haqda müəyyən məlumatlar verib"

14:54 - 15 Sentyabr 2016

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Dalğa Arena"da Çexiyanın "Slovan" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Çexiya klubunun yarımmüdafiəçisi "Qarabağ"la keçirəcəkləri oyun haqda danışıb. 25 yaşlı futbolçu bu fikirləri səsləndirib:

 

“Qarabağ”ın “Viktoriya” ilə oyunlarını izləmişik. Xüsusilə öz meydanlarında necə oyun nümayiş etdirdiklərinin şahidi olduq. “Viktoriya” üçün çətinlik yaratdıqlarını gördük. “Qarabağ” topa yaxşı nəzarət edən komandadır. Azərbaycan klubu yüksək səviyyəli futbolçulara malikdir. Hücumçu Reynaldonun adını çəkə bilərəm.  Maraqlıdır, bu futbolçular bizə qarşı necə oynayacaq? Düşünürəm ki, “Qarabağ”a qarşı oynamaq maraqlı olacaq. Çalışmalıyıq ki, öz oyunumuzu itirməyək. “Viktoriya”nın müdafiəçisi David Limberski mənə rəqib haqda müəyyən məlumatlar verib. “Qarabağ”a qarşı necə oynamaq, hücuma necə keçmək lazım olduğunu deyib”.

Xəbər xətti