Ukraynalılar "Fənərbaxça" azarkeşini yandırmaq istədilər

15:30 - 16 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Zorya” ilə qarşılaşma üçün Ukraynaya gedən “Fənərbaxça” azarkeşləri xoşagəlməz halla üzləşib.

 

Sportal.az xəbər verir ki, Ukrayna klubunun fanatları türkiyəli tərəfdarlara hücum çəkib. Nəticədə bir neçə nəfər yaralanıb. Hətta ukraynalılar səs bombasından da istifadə edib.

 

Xuliqanlar bir türk azarkeşin üzərinə benzin töküb yandırmaq da istəyiblər. Xoşbəxtlikdən alışqan yanmayıb. Yerli polis məsələyə müdaxilə edərək qonaq tərəfdarları tək gəzməməyə çağırıb. Xeyli sayda "Fənərbaxça" azarkeşi xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, "Zarya" - "Fənərbaxça" matçı 1- 1 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti