"Yuventus" mövsümü qazancla başa vurub

20:31 - 22 Sentyabr 2016

İtaliyanın “Yuventus” klubu ötən mövsümün maliyyə hesabatını açıqlayıb. Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi mövsümü 4,1 milyon avro qazancla başa vurub. Klubun gəliri isə 387,9 milyon olub.

 

Bu o deməkdir ki, ötən mövsümlə müqayisədə gəlirlər artıb. Ötən mövsümün hesabatında gəlirin 348,2 milyon, qazancın isə 2,3 milyon avro olduğu açıqlanmışdı.

 

Qeyd edək ki, Yuventus ardıcıl ikinci ildir ki, mövsümü qazancla başa vurur. 

Xəbər xətti