“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo yenə diqqət mərkəzinə düşüb. Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis onun komandasının oyununu tənqid edənlərə səslənib:
“Bəli, bu həftə bizim üçün çətin keçdi. Ancaq bəziləri mənim 16 illik karyeramı silmək istəyirlər, elə “Mançester Yunayted”in möhtəşəm tarixini də. Onlar bütün diqqətləri son 3 turdakı uğursuz nəticələrə yönəldiblər. Müasir futbol belədir, eynşteynlər çoxdur”.
Qeyd edək ki, “Mançester Yunayted” sentyabrın 10-da Premyer Liqada “Mançester Siti”yə (1:2), 15-də Avropa Liqasında “Feyenord”a (0:1) və 18 sentyabrda Premyer Liqada “Uotford”a (1:3) məğlub olub.
saytlarin hazirlanmasi