"Bizi "Qəbələ" ilə çətin səfər oyunu gözləyir"

12:52 - 23 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində 29 sentyabrda Bakıda “Qəbələ” ilə üz-üzə gələcək Almaniyanın “Maynts” klubunun baş məşqçisi Martin Şmidt yerli mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ölkə çempionatının son turunda “Bayer”nə (Leverkuzen) qarşı keçirəcəkləri oyundan və “Qəbələ” ilə qarşılaşmadan danışıb:

 

“Bayer”lə oyuna tam hazırıq. Hazırda təqvimimiz çox sıxdır. Bir ay ərzində 5 oyun keçirmişik. Tariximizdə Avropa Liqasının qrup mərhələsində debüt etdik. Düzdür, qələbə qazana bilmədik. Amma “Qəbələ” ilə oyunda 3 xal üçün oynayacağıq. Bizi çətin səfər oyunu gözləyir. Lakin qələbə qazanamq bizim hədəfimizdir”

 

Xəbər xətti