İngiltərə Premyer Liqasının VI turu London derbisi ilə yadda qalacaq.
Sportal.az xəbər verir ki, "Arsenal" doğma azarkeşləri önündə "Çelsi"ni qəbul edəcək. Qonaq komanda vacib qarşılaşmaya ciddi itki ilə çıxacaq. Belə ki, "zadəganlar"ın kapitanı Con Terri sabah baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.
Bu barədə məlumtı komandanın baş məşqçisi Antoni Konte də təsdiqləyib. O, bu gün keçirdiyi mətbuat konfransında kapitanın zədə səbəbindən "Arsenal"la matçı buraxacağını vurğulayıb.