"Qarabağ"ın rəqibinin oyunu təxirə salındı

11:45 - 25 Sentyabr 2016

Avropa Liqasında qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" Çexiya çempionatında 8-ci turun oyununa çıxmayıb.

 

Sportal.az xəbər verir ki, Liberets təmsilçisi "Karvina" ilə səfər matçının təxirə salınması üçün müraciət edib və istəyinə çatıb. Buna səbəb isə "Slovan"ın heyətində bir neçə zədəli futbolçunun olması və aparıcı oyunçuların səhhətində yaranan problemlərdi. Həkimlər isə yaranan imkandan maksimum istifadə edib onların müalicəsi ilə məşğul olmalıdı ki, futolçuları qrup mərhələsinin matçına qədər sağalda bilsinlər.
 
Qeyd edək ki, "Slovan" Avroliqanın II turunda PAOK-la üz-üzə gələcək.

 

Xəbər xətti