"Qəbələ"ni də sevindirəcək?

13:31 - 26 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" - "Maynts” görüşünü litvalı referi Qediminas Mazeykanın idarə edəcəyi haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı hakim “Qəbələ”nin görüşünü ilk dəfə idarə edəcək. Lakin litvalı referi avrokuboklarda “Qarabağ”ın 1 görüşünü idarə edib. Mazeyka ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində baş tutan “Qarabağ” – “Yanq Boyz” qarşılaşmasında ədalət sahibi olub. İsveçrə klubunun qapısına 1 penalti təyin edən Mazeyka “Yanq Boyz”dan 1 futbolçunu qırmızı, 3 oyunçunu isə sarı vərəqə ilə cəzalandırıb.

 

Mazeyka 2007-ci ildə “Birlik kuboku”nda keçirilən “Bakı” – “Dordoy-Dinamo” (Qırğızıstan) qarşılaşmasını da idarə edib. Həmin görüşdə təmsilçimiz 2:0 hesablı qələbə qazanıb. 

 

Mazeyka 2008-ci il sentyabrında AÇ-2009-un seçmə mərhələsində qarşılaşan Azərbaycan və Albaniyanın U-21 yığmalarının görüşünü də idarə edib. Qarşılaşmada hesab açılmayıb – 0:0

Xəbər xətti