Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Fiorentina” - “Qarabağ” qarşılaşmasını avstriyalı hakim Oliver Draxtanın idarə edəcəyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, FİFA referisi Avropa Liqasının II turunda “Qarabağ” - “Anderlext" görüşünü idarə edib. Həmin görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanmışdı.
Draxta 2010-cu il iyulunda Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə “Qarabağ”ın qarşılamasını da idarə edib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
39 yaşlı hakim 2010-cu il iyununda Azərbaycan və Honduras yığmalarının yoxlama görüşündə (0:0) ədalət sahibi olub. Draxta Avstriyada keçirilən qarşılaşmada millimizin futbolçusu Saşa Yunisoğlunu qırmızı vərəqə ilə cəzlandırıb.