Xəbər veridyimiz kimi, azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının E qrupunda sentyabrın 29-da “Stadio Olimpico”da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.
Sportal.az xəbər verir ki, qarşılaşmanın UEFA nümayəndəsi hollandiyalı Rene Temmink olacaq. Hakimlərin işinə qiyməti israilli Rotem Kamer verəcək.
saytlarin hazirlanmasi