İngiltərə milli komandasının baş məşqçisi Sem Ellardeys vəzifəsindən azad edilib.
Sportal.az xəbər verir ki, adı rüşvət qalmaqalında hallanan mütəxəssislə bağlı qərar verilib. İngiltərə Futbol Federasiyası 61 yaşlı mütəxəssisin vəzifəsindən qovulduğunu rəsmən elan edib.
Qeyd edək ki, Ellardey yığmanın baş məşqçisi postuna bu ilin iyul ayında təyin olunmuşdu. İngiltərə millisi onun rəhbərliyi altında bir rəsmi matça çıxıb.
saytlarin hazirlanmasi