“Ağır səfərə çıxırıq. Bu cür uzun səfərdən sonra məqsədimizə istəklə çata bilərik”.
Sportal.az xəbər verir ki, bunu “Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.
Avropa Liqasında mübarizə aparan Almaniya klubu sabah qrup mərhələsinin II turu çərçivəsində “Qəbələ”nin qonağı olacaq. Azərbaycana səfər öncəsi klubun rəsmi saytına danışan Şmidt rəqibin ünvanına tərif yağdırıb.
49 yaşlı mütəxəssis hətta təmsilçimizi “Bavariya”ya bənzədib: “Rəqibimizin “Anderlext”lə matçına və çempionat oyunlarına baxmışıq. “Qəbələ” ilə bağlı əsas məqamları bilirik. Onlar ölkə çempionatı ilə beynəlxalq arenada tam fərqli oyun nümayiş etdirirlər. “Qəbələ” öz meydanında Bundesliqa komandarından hardasa “Bavariya”nı xatırladır. Çempionatda 6 turdan sonra 17 qol vurub, bir dəfə də top buraxmamaları çox şeydən xəbər verir. Azərbaycanda kompakt və sərt komanda ilə üz-üzə gələcəyimizi gözləyirik. Onlara qarşı mübarizə aparmalı olacağıq”.
Şmidt, həmçinin heyətdə müəyyən dəyişikliklərə əl atacağını da istisna etməyib. O, sabah əsas heyətə düşməkdə çətinlik çəkən bəzi oyunçulara güvənə bilər: “Suat Sərdar və Xose Rodriges mənim yarımmüdafiə xəttində oynadacağım yeni nəfəsdi. Bu fikirlər hücumçumuz Yoşinori Mutoya da şamildi. Kapitanımız Niko Bungert də həmçinin yenidən oynamağa hazırdı”.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Maynts” görüşü saat 19:00-da başlayacaq. (apasport.az)
saytlarin hazirlanmasi