“Fiorentina”nın əfsanəvi futbolçusu olmuş Qabriel Batistutaya Florensiya şəhərinin fəxri vətəndaşlığı veriləcək.
Sportal.az xəbər verir ki, argentinalı hücumçuya bu adın təqdimetmə mərasimi sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsinin “Fiorentina” – “Qarabağ” oyunundan əvvəl olacaq.
“Batiqol” xeyriyyə matçında da iştirak edəcək. Oktyabrın 3-də “Artemio Franki” stadionunda İtaliyanın veteran futbolçulardan ibarət millisi ilə dünya yığması üz-üzə gələcək.
Əfsanəvi futbolçu həmçinin “Fiorentina” – “Qarabağ” matçını izləyəcək.
Qeyd edək ki, Argentina millisinin üzvü olmuş Qabriel Batistuta 1991-2000-ci illərdə “Fiorentina”nın şərəfini qoruyub. O, 269 oyunda 168 qol vurub və klubun canlı əfsanəsi sayılır. “Batiqol”un şərəfinə Florensiyada heykəl ucaldılıb. Argentinalı 2005-ci ildə futbolçu karyerasını başa vurub.
saytlarin hazirlanmasi