"Fiorentina"nın baş məşqçisi: "Qol fürsətlərini yaxşı dəyərləndirmirik"

13:40 - 29 Sentyabr 2016

“Turnirə yaxşı başlamışıq. İlk oyunda çətin Yunanıstan səfərindən 1 xalla qayıtmışıq”.

 

Sportal.az xəbər verir ki, bunu “Fiorentina” klubunun baş məşqçisi Paulo Souza deyib. O, qol fürsətlərini qaçırmaqlarından şikayətlənib:

 

"Qarabağ" kifayət qədər Avropa təcrübəsinə sahib komandadı. Onlar artıq 9 ildi eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Bu komandaya qarşı düzgün oynamalıyıq. Bacardığımızı göstərməliyik. Bəzən qol fürsətlərini yaxşı dəyərləndirmirik. Ümid edirəm ki, bu oyunda belə hallara az rast gələcəyik. Azarkeşlər bizdən həmişə qələbə tələb edir. Onları başa düşürük. Bu oyunda ən yaxşısını etmək üçün mübarizə aparacağıq. Doğma meydanımızda ilk oyunumuzdur və qələbə qazanmaq istəyirik”.

Xəbər xətti