UEFA-nın prezidenti Bakıdadır

18:23 - 29 Sentyabr 2016

UEFA-nın prezidenti Aleksander Çeferin UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün bu gün paytaxtımıza gəlib.

 

Sportaı.az xəbər verir ki, Çeferin Avropa Liqasının C qrupunda, bu gün, saat 19.00-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək. 

 

Xatırladaq ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xəbər xətti