Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ" və "Qəbələ" klubları növbəti görüşlərini keçirib.
 
Sportal.az xəbər verir ki, təmsilçilərimizin hər ikisi məğlub olduğu üçün ölkəmizin UEFA reytinqindəki hesabına xal yazılmayıb.
 
Azərbaycanın UEFA-nın reytinqində 16.750 xalı var və 1 pillə geriləyərək  26-cı pillədə qərarlaşıb. Kipr xal ehtiyatını 17.050-yə çatdıraraq reytinqə ölkəmizi geridə qoyub. 24-cü pillədə olan İsrailin hesabında 17.375 xal var.
     
                    