“Debüt oyunum uğurlu alındı. 3 xal bizə çox lazım idi. Qələbəmizə və Zarateyə görə çox xoşbəxtəm”.
Sportal.az xəbər verir ki, bunu “Fiorentina”nın yarımmüdafiəçisi Sebastyan Kritoforo deyib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edən “Fiorentina” 5:1 hesablı qələbəyə sevinib.
Uruqvaylı futbolçu qrupu lider kimi başa vurmaq istədiklərini bildirib:
“Qol vurmağa da yaxın idim. Amma epizodların birində Kaliniçi görüdm və o məndən topu istədi, ötürmə etdim. Yaxşı ki, zərbə vurmadım. Digər 4 oyunda da əlimizdən gələni etməliyik. Qrupu lider kimi başa vurmaq istəyirik”.
İcarə əsasında "Sevilya"dan "Fiorentina"ya keçən futbolçu komandada əlindən gələni edəcəyini bildirib:
“İtaliya futbolu və “Fiorentina” haqda çox dabışmağa ehtiyac yoxdur. Seçimimi bununla izah edə bilərəm ki, komandada yüksək səviyyəli futbolçular çoxdur. “Fiorentina”da ən yaxşısını etmək üçün mübarizə aparacam. Mövsümün sonuna çox var. Burada qalıb-qalmayacağımı dəqiq bilmirəm”.
saytlarin hazirlanmasi