Rəhim Sterlinq: "Onun rəhbərliyi altında öz oyunumu göstərə bilmirdim"

14:47 - 2 Oktyabr 2016

“Mançester Siti”nin futbolçusu Rəhim Sterlinq komandanın əvvəlki çalışdırısı Manuel Pelleqrini barədə danışıb. Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, Sterlinq çilili mütəxəssisin rəhbərliyi altında öz oyununu nümayiş etdirə bilmədiyini deyib:

 

“Mənim üçün çox çətin dönəm idi. Çünki Pelleqrininin rəhbərliyi altında bacardığım futbolu sərgiləyə bilmirdim. Sanki komandada hamı iki toxunuş kralı idi. Bütün məşqlər də topa cəmi iki toxunuş üzərində qurulurdu. Topu götürüb, fənd edib, driblinq nümayiş etdirə bilmirdim.

 

Mən müdafiəçiləri aldadıb, oyundan həzz almağı xoşlayıram. Lakin iki toxunuşla bunu etmək mümkün deyil. Məşqdə edilənlər isə adət halını alır və rəsmi oyunlarda təkrarlanır”.

 

Qeyd edək ki, Sterlinq bu mövsüm İngiltərə Premyer-Liqasında 6 oyuna çıxıb və 4 qol vurub.  

Xəbər xətti