Çempionlar Liqasını qazanan baş məşqçi işsiz qaldı

19:18 - 3 Oktyabr 2016

İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Roberto Di Matteo ilə yolları ayırıb.
 
Sportal.az xəbər verir ki, buna səbəb klubun uğursuz çıxışları olub.

 

Çempionşipdə mübarizə aparan Birmingem təmsilçisi hazırda 24 komanda arasında 19-cu pillədədir. Komanda Di Matteonun rəhbərliyi altında  11 oyuna cəmi bir qələbə qazanıb.

 

Qeyd edək ki, 46 yaşlı italyalı mütəxəssis bu ilin iyun ayından “Aston Villa”nı çalışdırırdı. O, "Çelsi"yə Çempionlar Liasını qazandırmaqla məşhurlaşıb.

Xəbər xətti