"Yuventus"un gənc futbolçusu Paulo Dibala adının digər klublarla hallanmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, Argentina millisinin üzvü komandana ayrılmaq barədə düşünmədiyini söyləyib:
"Mənimlə maraqlanan klublar var, amma "Yuventus"dan ayrılmağı qətiyyən düşünmürəm. Önümüzdəki günlərdə yeni müqavilə imzalayacam".
Qeyd edək ki, 22 yaşlı hücumçu 2015-ci ilin yay transfer pəncərəsində "Palermo"dan "Yuventus"a keçmişdi.
saytlarin hazirlanmasi