"Mançester Siti"nin kot-d-ivuarlı futbolçusu Yaya Turenin agenti Dmitri Seluk futbolçunun gələcəyi haqda açıqlamalar verib.
Sportal.az "Fotbbal İtalia"ya istinadən xəbər verir ki, məşhur agent futbolçunun "İnter"ə transferinin baş tutmadığını bildiirb: "Mançester Siti" onu sərbəst buraxmaq üçün çox pul istəyirdi. Ture ilə "İnter" son iki transfer dönəmində maraqlanırdı, amma keçid baş tutmadı".
Seluk Qvardiola və Ture arasında yaşanan hadisələrə də fikrini bildirib: "Problemlər? Xeyr, bunlar şayiələrdir. Sadəcə Qvardiola Tureni oynatmaq istəmir. Məşqçi və futbolçu arasında heç bir problem yoxdur".
Agent 33 yaşlı futbolçunun gələcək karyerasın haqda bunları öyləyib: "Yaya Ture ilə bir çox klublar maraqlanır. Karyerasını İtaliyada davam etdirəcəyi haqda bir söz deyə bilmərəm. "Mançester Siti" onu transfer etmək istəyən komandalardan çox pul tələb edir. Turenin klubla mövsümün sonuna qədər müqaviləsi var və bundan sonra hər şeyə aydınlıq gələcək".
saytlarin hazirlanmasi