Roma klubunun direktoru Valter Zabatini klubdan ayrıldığı barədə açıqlama verib.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, kluba yeni direktor kimi Frederik Massara təyin olunub. Ani dəyişiklik haqqında xəbər bu axşam elan olunub. Zabatininin klubdan ayrılmağı mövsümün sonuna gözlənilsə də, 5 illik müqaviləyə bu gün xitam verilib.
Paytaxt klubunun prezidneti Zabatiniyə təşəkkür edib:
"Mən Valterə “Roma” klubu üçün çəkdiyi əziyyətə görə təşəkkür etmək istəyirəm. Ondan bir çox şeyi öyrəndim. Zabatini, zəhmət olmasa, siqaret çəkməyi dayandırın".
Qeyd edək ki, sabahdan klubun direktoru vəzifəsinə Massara təyin olunacaq. Cümə günü isə Zabatini mətbuat konfransı keçirəcək.
saytlarin hazirlanmasi