"Mourinyonun mənə ehtiyacı yoxdu"

10:25 - 7 Oktyabr 2016

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə gərgin münasibətləri olan argentinalı futbolçu Markos Roxo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu AS qəzetinə verdiyi açıqlamada Mourinyo ilə aralarında heç bir problemin olmadığını bildirib:

 

"Mənim Mourinyo ilə heç bir problemim yoxdu. Yaxşı baş məşqçi olmağı ilə yanaşı, çox tələbkardır. O, “Mançester Yunayted”ə gəldiyi ilk gündən bildirib ki, mən onun planının bir hissəsiyəm. Lakin onun mənə ehtiyacı yoxdu. Mən daha çox oynamaq istəyirəm, başqa heç nə istəmirəm”.

 

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Markos Roxo yanvarda transferə çıxarılacaq.

Xəbər xətti