"İnter"lə 5 illik müqavilə imzaladı

16:40 - 8 Oktyabr 2016

“İnter”in argentinalı hücumçusu Mauo İkardi klubu ilə müqaviləsini yeniləyib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu uzun müddət Milan klubunun şərəfini qoruyacaq. Yay transfer dönəmində adı “Atletiko” və İngiltərə klubuları ilə hallanan hücumçu “İnter”lə 2021-ci ilə qədər müqavilə imzalayıb.Onun illik qazancı 5,5 milyon avro olacaq.

 
Qeyd edək ki, İkardi 2013-cü ildə “Sampdoriya”dan “İnter”ə transfer olunub.

Xəbər xətti