Co Hart: "Təəssüf hissi keçirmirəm"

10:25 - 11 Oktyabr 2016

Yay transfer pəncərəsində “Torino”ya icarəyə verilən İngiltərə millsinin qolkiperi Co Hart İtaliyada çıxış etməkdən məmnun olduğunu bildirib.

 

Sportal. az xəbər verir ki, müqavilə ilə “Mançester Siti”nin futbolçusu olan Co Hart icarə əsasında oynadığı “Torino” klubu haqqında açıqlama verib:

 

“Futbol düşüncə oyunudur. İnsanların mənim haqqımda müxtəlif fikirləri var. Bəziləri hesab edir ki, mən tamamilə faydasızam. Klubun ittihamına görə, mən bu komandada oynayacaq qədər güclü deyiləm. Bu vəziyyətdə mən öz oyunumu daha da məhdudlaşdıracaq deyildim. “Torino”da hiss etdim ki, ən yaxşı seçimi etmişəm. Yalan danışmaq istəmirəm. İtaliya A Seriyasında oynadığm üçün həyəcanlıyam. Heç bir təəssüf hissi keçirmirəm”.

 

Onu da qeyd edək ki, Co Hartın gedişindən sonra “Mançester Siti” “Barselona”nın çilili qapıçısı Kladio Bravonu transfer etmişdi.

 

Xəbər xətti