Kapitanlıq Runidən alındı

18:03 - 11 Oktyabr 2016

İngiltərə millisinin kapitanı dəyişib.

 

Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində bu gün keçiriləcək Sloveniya oyunda kapitan sarğısını Ueyn Runi yox, Yordan Henderson taxacaq.

 

Bu barədə millinin müvəqqəti baş məşqçisi Qaret Sautqeyt məlumat verib. Sözügedən qarşılaşmada Runiyə şans verməyəcəyini deyən Q.Sautqeyt daha sonra bildirib: 

 

"Yordan Hendersonun oyununu çox bəyənirəm. O, Stiven Cerardın "Liverpul"dan ayrılmasında sonra klubun kapitanı oldu və yaxşı kapitan ola biləcəyini sübut etdi".

Xəbər xətti