Niasse çətin durumundan danışdı: "Paltarlarımı qoymaq üçün dolabım belə yoxdu"

11:57 - 12 Oktyabr 2016

"Everton"un hücumçusu Oumar Niasse yaxşı günlərini keçirmir.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı seneqalı futbolçu klubunda narazılıq edib:

 

"23 yaşlılardan ibarət komandaya göndərilməyimin səbəbini bilmirəm. Çətin vəziyyətdəyəm, paltarlarımı qoymaq üçün dolabım belə yoxdu. Sizcə, klubdan mənə qarşı belə haqsızlıq olar? Əşyalarımı məşqə çantamla aparıb-gətirirəm. Bunları mənə yazığınız gəlməsi üçün söyləmirəm. İstəyirəm ki, yaşadıqlarımı hər kəs bilsin. Bu vəziyyətdən çıxacağam. Sadəcə, çox pis dönəm keçirirəm".

 

Qeyd edək ki, Niasse bu ilin yanvarında Moskva "Lokomotiv"indən "Everton"a transfer edilib. Lakin o, Liverpul təmsilçisində cəmi 5 oyun keçirib.

Xəbər xətti