Aquero: "Qvardiola buna görə interneti qadağan edib"

23:23 - 12 Oktyabr 2016

“Mançester Siti”nin ulduz futbolçusu Serxio Aquero Pep Qvardiolanın internet qadağasından danışıb.

 

Sportal.az xəbər verir ki, ötən günlərdə Pablo Zabaleta ESPN-ə mövzu ilə bağlı açıqlama verən Aquero bunları söyləyib:

 

“Qvardiolanın bizə interneti qadağan etdiyi doğrudur. İlk gün mən də heç bir şey bilmirdim. “Nə oldu? Burada internetdən istifadə edə bilmirik” dedim. Soyunub-geyinmə otağı bağlı bir ərazidə olduğu üçün internetə onsuz da 3G ilə də bağlana bilmirdik. Yalnız Wi-Fi istifadə edə bilirdik. Wi-Fi bağlantısı kəsildi? Nə oldu? deyə düşündüm. Daha sonra aşağıda özümə portağal şirəsi hazırlayarkən, yoldaşlarım mənə internetin işləyib-işləməməsini soruşdu. Mən də “Düşünürəm ki, əlaqə kəsilib” deyə cavab verdim. Həqiqəti öyrənincə isə mənimlə zarafat etdiklərini düşündüm. Amma bu gərçək idi, internet əlaqəsi kəsilmişdi. Deyilənə görə, Pep hansısa futbolçumuzu massaj otağında rahat bir şəkildə telefonda internetdən istifadə etdiyini görüb və buna görə bərk əsəbiləşib. Bu səbəbdən belə bir qərar verib. Amma bilmirəm hansı futbolçu olub”.

 

Aquero komandanın düşərgəsində internetsiz həyatlarından da danışıb:

 

“Soyunub-geyinə, massaj otağında və hovuz olan ərazimizdə internetimiz yoxdur. Üst mərtəbədə isə zəif bir 3G bağlantımız olur”.

Xəbər xətti