"Sent-Etyen"in futbolçusu: "Qəbələ" ilə oyunda qalib gəlməliyik"

00:59 - 13 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Fransanın "Sent-Etyen" klubunun futbolçusu Loik Perrin UEFA-nın rəsmi saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu açıqlamasında bildirib ki, komanda qrupdakı vəziyyətini düzəltmək üçün növbəti oyunda "Qəbələ"yə qalib gəlməlidir:

 

"İlk iki oyunumuzun yaxşı alındığını demək olar. Çünki həm "Maynts", həm də "Anderlext"ə son dəqiqələrdə qol vurduq. Həmin bərabərlik qolları komandamıza yaxşı motivasiya verir. Bu, heç də pis hal deyil. Məqsədimiz evdə 3 xal qazanmaqdır. Növbəti iki oyunun yekununda qrupdan çıxmaq məsələsini həll etsək, əla olardı. "Qəbələ" ilə oyunda qalib gəlməliyik".

 

Qeyd edək ki, "Qəbələ" "Sent-Etyen"lə oktyabrın 20-də səfərdə, noyabrın 3-də Bakıda qarşılaşacaq.

Xəbər xətti