Fil Dişi Sahili millisinin sabiq hücumçusu Didye Droqba "Napoli"yə keçə bilər.
Sportal.az xəbər verir ki, Arkadius Milikin zədələnməsini, onun ən yaxşı halda isə 4 ay sonra yaşıl meydanlara qayıtmasını nəzərə alan klub rəhbərliyi yaranan boşluğu Droqba ilə doldurmaq niyyətindədi.
İlk dövrədən sonra tərəflərin görüşəcəyi bildirilir. ABŞ liqasında da fasilə yarandığından bu keçid real görünür.
Qeyd edək ki, 38 yaşlı forvard cari mövsümdə "Monreal" forması ilə meydana çıxdığı 24 qarşılaşmda 11 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.