“Liverpul”un qapıçısı Loris Karius 2 gün sonra keçiriləcək “Mançester Yunayted” – “Liverpul” matçı haqqında açıqlama verib.
Sportal.az İngiltərə mətbuatına əsasən xəbər verir ki, gənc futbolçu oyuna ciddi hazırlaşdıqlarını söyləyib:
“Düşünürəm ki, bu, böyük oyun olacaq . “Mançester Yunayted”in yaxşı və güclü heyəti var. Lakin biz də güclü komandayıq və evdə oynayacağıq. Rəqibə hörmət edirik, amma onlardan qorxmuruq. Bu oyunda qalib gəlmək istəyirik”.
“Qırmızılar”ın baş məşqçisi Yurqen Klopp da oyunöncəsi fikirlərini jurnalistlərlə bölüşüb:
“Yaxşı oyun planımız var. Hətta bir plandan daha çox. Bazar ertəsi “Enfild”də azarkeşlər də bizim arxamızda olacaq. Belə deyək, hər kəsin gözü hücumda olacaq”.
saytlarin hazirlanmasi