“İnter” klubunun azarkeşləri komandanın aparıcı üzvü Mauro İkardini bağışlamaq fikrində deyillər.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu bundan öncə verdiyi açıqlamada fanatların bostanına daş atıb. Belə ki, kapitan azarkeşlərin ünvanına yersiz ifdələr işlədməklə onları hövsələdən çıxarıb. Bundan əsəbləşən fanat ordusu İtaliya A seriyasının 8-ci turu çərçivəsində “Kalyari” ilə qarşılaşmada İkardinin şərəfinə banner açıblar: “Bizi çirkaba atdırmaqla özünü təmizə çıxarmaq istəyirsən. Sən nə insansan, nə də kapitan, sadəcə qorxaqsan. ”
Qeyd edək ki, Mauro İkardi “Kalyari”yə 2:1 hesabı ilə məğlub olduqları qarşılaşmada 26-cı dəqiqədə penaltini qola çevirə bilməyib.
saytlarin hazirlanmasi