Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ”nin "Sent-Etyen”lə səfər oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, UEFA sözügedən oyunu türkiyəli Əli Palabıyıka həvalə edib. Adıçəkilən referi bizim üçün heç də yad hakim deyil. O, cari ilin mart ayında Azərbaycan millisinin Qazaxıstanla Antalyada keçirirlən yoxlama oyununda fit çalıb. Sözügedən qarşılaşmaqda qazaxlar qələbəyə sevinən tərəf olub – 1:0.
Bundan başqa o, yenə mart ayında Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Neftçi” – "Mladost” oyununda ədaləti qoruyub. Sözügedən oyun 2:2 hesablı bərabərliklə başa çatmışdı.
Qeyd edək ki, 2015-ci ildə FİFA referisi adını alan Palabıyıkın Avrokuboklardakı debüt matçı məhz "Neftçi”nin Monteneqro təmsilçisi ilə oyununda olub.
saytlarin hazirlanmasi