Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Fənərbaxça" səfərdə "Mançester Yunayted"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlərin adına aydınlıq gəlib. Belə ki, matçda ədaləti fransız hakimlər briqadası qoruyacaq.
Qarşılaşmanının baş hakimi Benua Bastyen olacaq. Ona həməyerliləri Federik Haket və Hişam Zakrani kömək edəcək.
Qeyd edək ki, "Mançester Yunayted" - "Fənərbaxça" görüşü 20 sentyabr, Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.
saytlarin hazirlanmasi