Avropa Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq PAOK qarşılaşmanın hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, komanda heyətlə bağlı bəzi problemlər yaşayır. Yunanıstan Super Liqasının VII turunda “İraklis”lə (1:0) matçında zədələnən Stelios Malezas və Marin Leovaç komandadan kənarda qalıblar.
Georgios Tzavellas, Dimitris Ciannulis və Dmitris Pelkas isə fərdi məşqlərə start veriblər.
Adları çəkilən futbolçuların “Qarabağ”a qarşı oynayıb-oynamayacaqları sual altındadır.
Qeyd edək ki, “Qarabağ” – PAOK matçı oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.