UEFA-nın İntizam Komitəsi Çexiyanın "Sparta" klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb Praqa təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin II turunda İtaliyanın "İnter" klubu ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub. Bu səbəbdən UEFA "Sparta"nın III turda İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qarşı keçirəcəyi oyunda ən çox azarkeşin toplandığı tribunanı bağlayacaq.
Əgər bu hal təkrarlansa, "Sparta" növbəti oyunlarda azarkeşsiz oynayacaq.
Qeyd edək ki, "Sparta" - "Hapoel" görüşü noyabrın 3-də "Generali Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi