"Qarabağ" və "Qəbələ" UEFA-dan 2,6 milyon avro qazandı

18:15 - 18 Oktyabr 2016

Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar hər bir kluba UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.

 

Sportal.az xəbər verir ki, hər klub 2 milyon 600 min avro qazanıb.

 
"Qırmızı-qaralar" buna Avroliqada 4 mərhələ keçərək buna nail olub. Ağdam təmsilçisi isə qrupa Çempionlar Liqasında uduzub, Avropa Liqasının pley-off mərhələsinə düşdükdən sonra yüksəlib.

Xəbər xətti