Buffon 13 ildən sonra bunu bacardı

10:22 - 19 Oktyabr 2016

"Yuventus"un qapıçısı Canluici Buffon "Lion"la keçirilən matçda 13 ildən sonra ilkə imza atıb.


Sportal.az xəbər verir ki, təcrübəli qapıçı 35-ci dəqiqəsində Aleksander Lakazettin penalti zərbəsini dəf etməklə turnirdə 13 ildən sonra bunu bacarıb. O, sonuncu dəfə ÇL-də 2003-cü ildə "Real"a qarşı matçda penaltini qaytarmışdı.

 

Bundan əlavə, Buffon turnirdə ən çox penalti dəf edən 2-ci qapıçıdır. 4 dəfə penalti zərərsizləşdirən italiyalı yalnız Hans-Yorgen Buttdan geri qalır (5 dəfə).

Xəbər xətti