"Sent-Etyen"in baş məşqçisi: "Buna görə də "Qəbələ"dən çəkinirik"

10:52 - 20 Oktyabr 2016

"Sent-Etyen" UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Qəbələ” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Kristof Qaltye mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu oyunu hər iki komanda üçün həlledici saymaq olar?
- Ötən il 3-cü və 4-cü turda “Dnepr”lə qarşılaşmışdıq və qalib gəlmişdik. Eyni mənzərədir. “Qəbələ” ilə oyunlar çox vacib oyunlardı, amma həlledici saymaq olmaz.

 

- “Qəbələ”ni necə rəqib hesab edirsiz?
- Düşünürəm ki, bu turnir üçün “Qəbələ”nin üzərində heç bir təzyiq yoxdur. Avropa Liqasının təsnifat mərhələsində “Maribor” və “Lill” kimi klubları mübarizədən kənarlaşdırmağı bacarıb. Təcrübəli komandaları üstələməyi bacarıbsa, deməli, ehtiyatlı olmalıyıq. Buna görə də “Qəbələ”dən çəkinirik. 

 

- Hücum futbolu oynayacaqsız?
- Bəli, biz hücum futboluna üstünlük verəcəyik. “Dijon”la son matçda qol vura bilməmişdik. Bir az narahatçılıq var. Bunu aradan qaldırmalıyıq. Zədəli futbolçular da artıq kollektivə qoşulublar. Oyuna tam hazırıq.

Xəbər xətti