"Sent-Etyen" UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Qəbələ” ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin yarımmüdafiəçisi Anri Seve mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çempionatın son turunda "Dijon"la oyunda zəif oyun nümayiş etdirmişdiz. "Qəbələ" ilə oyunda nə gözləyirsiz?
- Ciddi hazırlaşmışıq. İlk iki turda uduzmamışıq, amma qələbə də qazanmamışıq. Komandamıza qələbə lazımdır. Bütün komanda buoyunun əhəmiyyətini yaxşı dərk edir.
- Sabah rəqib sürpriz edə bilər?
- Futbolda mümkünsüz heç nə yoxdur. Kim ürəkli oynasa, şans onun tərəfində olsa, qalib gələcək. Amma sürprizə imkan vermək fikrimiz yoxdur. Rəqibi yaxşı analiz etmişik. Onların "Lill"i mübarizədən kənarlaşdırdığını bilirik. Qələbədən başqa nəticə bizi qane etməyəcək.
- "Qəbələ" sabah sizə qarşı necə oynayacaq?
- Bunu meydanda görəcəyik. Rəqibimiz çempionatda uduzmayıb və çox güclü medafiə xətti var. Onları analiz etmişik, demək olar ki, hər oyuna fərqli sistemdə çıxırlar. Qələbə rəqibə də lazımdır, bizə də. Ola bilər ki, onlar da hücum futboluna üstünlük versinlər.
saytlarin hazirlanmasi