"Sent-Etyen"də ciddi itkilər

12:03 - 20 Oktyabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin III turunda səfərdə Fransanın "Sent Etyen” klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisi bu gün keçiriləcək qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın baş məşqçisi Kristof Qaltye 7 aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Söhbət komandanın əsas qapıçısı Stefa Ruffye (cəzalı), müdafiəçilər Pyerr-Yves Paloma, Jeremi Klemen, Benjamin Kornye, Fabyen Lemuan, Habib Mayqadı və komandanın aparıcı hücumçusu Romen Amumadan gedir. Adıçəkilən futbolçular zədə səbəbindən "Qəbələ” ilə matçda iştirak etməyəcəklər. 
 
Qeyd edək ki, "Joffrua Qişar” stadionunda keçiriləcək "Sent-Etyen” – "Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

 

Xəbər xətti