“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda evdə PAOK-u qəbul edəcək.
Sportal.az xəbər verir ki, Yunanıstan klubu oyuna olduqca ciddi yanaşır. Komandanın baş məşqçisi Vladimir İviç futbolçulara oteldə də məşq etdirir. Oyunçular tennis topları ilə axşam keçiriləcək matça hazırlaşırlar.
Qeyd edək ki, “Qarabağ” – PAOK görüşü 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi